Azərbaycanın Belarusdakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə paylaşım edib.
“Report” xəbər verir ki, paylaşım səfirliyin “X” sosial şəbəkəsindəki hesabında edilib.
"10 may - müstəqil, müasir, güclü Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Qəlbimizdə əbədi yaşayan böyük liderin xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik", - paylaşımda vurğulanıb.