AZ

Keçmiş komanda yoldaşları Paşinyana qarşı: İrəvanda nə baş verir?

BAKI, 10 may. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından qovulan və öz partiyalarını (Vahid Milli Konstitusiya) yaradan deputatlar Ovik Ağazaryan və Akop Aslanyan Baş nazir Nikol Paşinyanın impiçmenti prosesinə başlamaq qərarına gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Ağazaryan və Aslanyan dünən keçirilən iclasdan sonra baş nazirliyə namizədlərinin adını mayın 20-də açıqlayacaqlarını bəyan edib.

Erməni nəşrinin yazdığına görə, bu bəyanata baxmayaraq, Paşinyanın keçmiş komanda yoldaşlarının baş nazirliyə namizədləri yoxdur:

“Əldə etdiyimiz məlumata görə, hazırda onların baş nazirliyə namizədləri yoxdur, namizəd axtarışındadırlar, həmçinin digər müxalif siyasi qüvvələrinin fəaliyyətlərini də izləyirlər ki, birdən kənardan namizəd irəli sürülsə və proses uğurlu olsa, onlarla əməkdaşlıq edə bilsinlər. Məsələ burasındadır ki, Vahid Milli Konstitusiya Partiyası kənar qüvvələrlə əməkdaşlıq etməyəcəyini açıqlayıb. Ona görə də, namizədin partiyanın İdarə Heyətinin üzvləri arasından seçiləcəyi istisna edilmir”.

Seçilən
0
teleqraf.com

1Mənbələr