Məşhur kubalı astroloq Meni Vidente “İnter Mayami”nin və Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi ilə həyat yoldaşı Antonela Rokutsonun tezliklə ayrılacaqlarını bildirib.
Publika.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
O, mənbəyə müsahibəsində Messinin başqa qadınla münasibətdə olduğunu, Antonelanın isə tezliklə başqa kişi ilə münasibət quracağını iddia edib.
Mənbə bu proqnozların daxili məlumatlara və ya Videntenin mənəvi baxışlarına əsaslandığını bildimir, lakin astroloq dəqiq proqnozlar verdiyi üçün yüksək nüfuza malikdir.