İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək.
“Report” xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının teleqram kanalı yayıb.
Qeyd olunub ki, İran Rusiyaya “Fəth-360” buraxılış qurğuları göndərəcək. Məlumata görə, bu raketlər 120 km-ə qədər əməliyyat radiusuna malikdir.
2024-cü ilin sentyabrında ABŞ administrasiyası İranın Rusiya bayrağı olan doqquz gəmi ilə bu ölkəyə ballistik raketlər çatdırdığını bildirmişdi.
Mütəxəssislər vurğulayıblar ki, “Fəth-360”ın tətbiqi Rusiyaya daha yüksək dəqiqliyə malik raketləri, xüsusilə “İskəndər”lərə zərbələr üçün saxlamağa imkan verir. Bu isə öz növbəsində hava hücumundan və raket hücumundan müdafiə sisteminə əlavə yük yaradır.