AZ

Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus vurdu - VİDEO

Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus vurub. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

 

Belə ki, piyada avtomobillərin arası ilə qaçaraq avtobus zolağına keçmək istəyib.

 

Bu zaman 9 saylı marşrut üzrə hərəkət edən avtobus onu vurub.

 

"Saatda 30-35 km sürətlə gedirdim. İldırım kimi qarşıma çıxdı. Yüngül xəsarət alıb", - deyə avtobusun sürücüsü Elşad Babayev bildirib.

 

Tarix: 10 May 2025, 09:20   
Seçilən
0
2
pravda.az

3Mənbələr