Tehran Vaşinqtona nüvə silahına sahib olmaq istəmədiyini bildirib.
Hakimiyyet.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Breitbart News" portalına müsahibəsində deyib.
“Biz mövqeyimizi bildirdik. İranlıların bombası ola bilməz. Onlar da cavab olaraq, bu silaha sahib olmaq istəmədiklərini bildirdilər”, – deyə o bildirib.