Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyada və digər ölkələrdə qeydiyyatdan keçmiş 74 şirkətə qarşı sanksiyalarla bağlı qərarının qüvvəyə minməsini təsdiqləyib.
ONN media xəbər verir ki, bu barədə müvafiq qərar Ukrayna liderinin ofisinin saytında dərc olunub.
Sanksiyalar metallurgiya, maşınqayırma, təyyarə istehsalı və kimya müəssisələrinə, eləcə də bir sıra konstruktor bürolarına qarşı tətbiq edilib.
Siyahıya Rusiya müəssisələrindən əlavə Çin, İran və Özbəkistanda qeydiyyatdan keçmiş 7 xarici şirkət daxil edilib. Bundan əlavə, 58 nəfərə qarşı sanksiya tətbiq edilib.
Sanksiyalar 10 il müddətinə tətbiq edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta