Avrokubokların yarımfinal mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Azərbaycanın 7 komandası cədvəldə yer alıb.
Ölkə çempionu “Qarabağ” 69-cu yerdə qərarlaşıb. Qurban Qurbanovun komandasının hesabında 32,000 xal var.
“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdi. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 318-ci, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 337-ci yeri bölüşənlər arasındadı.
Qeyd edək ki, siyahıya 143,500 xala malik “Real” başçılıq edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta