Bakı, 9 may, AZƏRTAC
İtaliya A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi məlum olub.
AZƏRTAC xəbər verir ki, bu ada “Komo”ya rəhbərlik edən Sesk Fabreqas layiq görülüb.
İspan mütəxəssisin kollektivi aprel ayında “Monza” (3:1), “Torino” (1:0), “Leççe” (3:0) və “Cenoa” (1:0) ilə keçirilən matçlarda qələbə qazanıb.