İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Sahand” destroyeri hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchiz ediləcək.
“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran HDQ-nin komandanı kontr-admiral Şəhram İrani açıqlayıb.
Kontr-admiralın sözlərinə görə, müxtəlif tipli raketlərlə təchiz olunacaq “Sahand” destroyerinin bu sayədə əməliyyat gücü artırılacaq.
O, həmçinin yaxın vaxtlarda destroyerin “Sayyad-3” və “Navvab” hava hücumundan müdafiə sistemləri ilə də təchiz ediləcəyini bildirib.