EN

İran HDQ-nin “Sahand” destroyeri HHM sistemləri ilə təchiz ediləcək

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Sahand” destroyeri hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchiz ediləcək.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran HDQ-nin komandanı kontr-admiral Şəhram İrani açıqlayıb.

Kontr-admiralın sözlərinə görə, müxtəlif tipli raketlərlə təchiz olunacaq “Sahand” destroyerinin bu sayədə əməliyyat gücü artırılacaq.

O, həmçinin yaxın vaxtlarda destroyerin “Sayyad-3” və “Navvab” hava hücumundan müdafiə sistemləri ilə də təchiz ediləcəyini bildirib.

Chosen
0
poliqon.az

1Sources