"Neftçi" klubunun 7 futbolçusu Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz”la qarşılaşmanı buraxacaq.

Offsideplus.az xəbər verir ki, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün növbəti matçda iştirak edə bilməyəcəklər.

Samir Abbasovun rəhbərlik etdiyi kollektiv bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Hazırlıq prosesi yekunlaşdıqdan sonra komanda Tovuza yollanıb.

Qeyd edək ki, "Neftçi"nin "Turan Tovuz"la səfər matçı sabah saat 19:30-da Tovuz şəhər stadionunda başlanacaq.