AZ

Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
 
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindənModerator.az-a verilən məlumata görə, komanda bu gün Sloveniyaya yola düşüb.
 
Yığma burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra voleybolçular Yunanıstana yollanacaqlar. Bu ölkədəki hazırlıq prosesi isə mayın 24-dək davam edəcək. Toplanışlarda millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın son heyəti təlim-məşq toplanışlarından sonra müəyyənləşəcək.
 
Qeyd edək ki, yığma ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.
 
Seçilən
0
8
moderator.az

10Mənbələr