AZ

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yoludur - Bahar Muradova

Bakı. Trend:

Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycanın inkişafı,rifahı, çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi yoludur.

Trend xəbərverir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlətkomitəsinin sədri Bahar Muradova bu gün Fəxri Xiyabanda Ulu ÖndərHeydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərəaçıqlamasında deyib.

"Bu gün Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə növbəti dəfəAzərbaycanın Ümumilli lideri, Azərbaycan dövlətinin qurucusu vəAzərbaycan dövlətçiliyini xilas etmiş Ulu öndər Heydər Əliyevinxatirəsi qarşısında ehtiram borcumuzu verməyə gəlmişik vəgörürsünüz ki, bu xiyaban hər gün dolur, boşalır və elə bir gün,elə bir an yoxdur ki, Ümummilli Lider həm azərbaycanlılar, həm dəonu tanıyan şəxslər, dünya liderləri və ictimai xadimlər, siyasixadimlər tərəfindən xatırlanmasın.

Bu da təbiidir, çünki yalnız öz xalqının deyil, bütünbəşəriyyətin inkişafı və əminamanlıq, sülh, təhlükəsizlik naminəçalışan bəşəri ideyaları həmişə irəli sürüb onun arxasında dayananvə öz xalqını bütün təhlükələrdən qoruyaraq inkişafa doğru aparanliderlər hər zaman beynəlxalq, ictimai, siyasi proseslərin vacibfiqurlarından sayılır", - deyə o əlavə edib.

Bahar Muradova bildirib ki, onun irəli sürdüyü ideyalar yalnızonun yerinə yetirəcəyi vəzifələr deyil.

"Bununla bağlı həm xalqımızın, həm dövlətimizin, həm də hər birvətəndaşın, hər bir fərdin qarşısında vəzifələr müəyyənləşdirib ki,biz ömür boyu nə qədər yaşayırıqsa, o vəzifələrimizi yerinəyetirməliyik və xalqımıza, dövlətimizə xidmət etməliyik.

O baxımdan Heydər Əliyevin açdığı yol Azərbaycanın inkişafı,rifahı, çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi yoludur. Buyolla gedən hər kəs mütləq şəkildə həm ailəsi, həm vətəni, həmövladları, həm də özünün fərdi ideyalarını yerinə yetirmək üçüngözəl imkanlar qazanır. Buna görə də bu gün bir daha biz onu çoxböyük ehtiramla yad edirik!" - deyə Bahar Muradova vurğulayıb.

Seçilən
0
1
az.trend.az

2Mənbələr