Bu gün Almaniya 2-ci Bundesliqasında XXXIII tura start veriləcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" doğma azarkeşlər önündə çempionluğa iddialı "Köln"lə qüvvəsini sınayacaq.

Bu oyun hazırda 10-cu pillədə qərarlaşan "Nürnberq" üçün formal xarakter daşıyır. Miroslav Klozenin yetirmələri ötən turdakı məğlubiyyətdən sonra Bundesliqaya yüksəlmək şansını tamamilə itiriblər.

Məhz bu uğursuzluğun ardınca Mahirin mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib. 27 yaşlı hücumçunun çempionatın axırıncı ikinci turunda forma geyinib-geyinməyəcəyi maraq doğurur.

Almaniya 2-ci Bundesliqası, XXXIII tur

20:30 "Nürnberq" - "Köln"