"Mançester Yunayted"in ulduzu Bruno Fernandeşə Səudiyyə Ərəbistanından ilinə 65 milyon funt-sterlinq qazanacağı bir təklif gəlib.
Offsideplus.az xəbər verir ki, bu təklifi "Əl-Hilal" klubu verib. Portuqaliyalı futbolçu bunu qəbul etsə, 3 ilə 195 milyon qazana bilər.
Lakin Fernandeş ayrılığı düşünmür. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim də bu məsələyə münasibət bildirib:
"Sadəcə S. Ərəbistan deyil, bir çox klub onu istəyir. Lakin oyunçumuz satılmır".
Fernandeş cari mövsüm bütün turnirlərdə 18 qol vurub və 17 məhsuldar ötürmə edib.