AZ

Bill Qeyts bütün varidatını ianə edəcək

Amerikalı milyarder, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts 2045-ci ilə qədər xeyriyyə fondu vasitəsilə 200 milyard dollara yaxın varidatını ianə edəcəyini elan edib.

Xezerxeber.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

Məlumata görə, 69 yaşlı milyarder bildirib ki, az qala bütün sərvətindən imtina etmək planlarını sürətləndirir və fondunu əvvəlki planlaşdırılan tarixdən illər əvvəl – 2045-ci il dekabrın 31-də bağlayacaq.

Qeytsin sözlərinə görə, bu vəsait poliomielit və malyariya kimi xəstəliklərin aradan qaldırılması, qadınlar və uşaqlar arasında qarşısı alınan ölümlərin sona çatdırılması və qlobal yoxsulluğun azaldılması kimi hədəflərinə çatmağa yardım edəcək.

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr