AZ

“BakıKart” yenə çökdü - Sərnişinlər yolda qaldı

"BakıKart"da problem yaranıb.

Ucnoqta.az milli.az-a istinadən xəbər verir ki, 1 saatdan çoxdur ki, ictimai nəqliyyatda QR-la ödənişlər etmək mümkün deyil.

Belə ki, "M10" və "Birbank" tətbiqləri vasitəsilə edilən ödənişlər "BakıKart" cihazlarındakı problem səbəbindən köçməyib.

Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.

Qeyd edək ki, ötən ilin avqust ayından 100 mindən çox istifadəçisi olan "Bakıkart" mobil tətbiqi və bakikart.az saytı fəaliyyətini dayandırmışdı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi buna səbəb mobil tətbiqdə yaranmış texniki nasazlıq göstərdi.
Aprel ayından mobil tətbiq yenidən istifadəyə verilib. Mobil tətbiqdə avtobusların real vaxt rejimində izlənməsinə imkan veriləcəyi nəzərdə tutulsa da, bu hələ ki, mümkün olmayıb.

Xatırladaq ki, "Bakıkart" mobil tətbiqi 2023-cü il iyun ayından istifadəyə verilib. Bu mobil tətbiq vasitəsilə istifadəçilər QR bilet vasitəsilə ödəniş, karta məbləğ yükləyə bilirdilər. Həmçinin avtobus dayanacaqlar, avtobusları onlayn izləyirdilər.

Seçilən
0
1
ucnoqta.az

10Mənbələr