AZ

"BakıKart"da yaranmış problemlə bağlı AÇIQLAMA

Bu gün səhər satlarında Bakının ictimai nəqliyyatında gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb.

Ucnoqta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, hazırda sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.

"Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır", - AYNA bəyan edib.

Qeyd edək ki, ötən ilin avqust ayından 100 mindən çox istifadəçisi olan "Bakıkart" mobil tətbiqi və bakikart.az saytı fəaliyyətini dayandırmışdı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi buna səbəb mobil tətbiqdə yaranmış texniki nasazlıq göstərdi.
Aprel ayından mobil tətbiq yenidən istifadəyə verilib. Mobil tətbiqdə avtobusların real vaxt rejimində izlənməsinə imkan veriləcəyi nəzərdə tutulsa da, bu hələ ki, mümkün olmayıb.

Xatırladaq ki, "Bakıkart" mobil tətbiqi 2023-cü il iyun ayından istifadəyə verilib. Bu mobil tətbiq vasitəsilə istifadəçilər QR bilet vasitəsilə ödəniş, karta məbləğ yükləyə bilirdilər. Həmçinin avtobus dayanacaqlar, avtobusları onlayn izləyirdilər.

Seçilən
0
1
ucnoqta.az

10Mənbələr