AZ

“BakıKart”da yenə problem YARANDI – VİDEO

Bu gün Bakı şəhərində ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da ciddi problem yaranıb.

Bizim.Media xəbər verir ki, metro və avtobuslarda səhər saatlarında onlayn ödəniş etmək mümkün olmayıb.

Belə ki, bank proqramları və “M10” tətbiqi vasitəsilə edilən ödənişlər “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib. 

Problemin nədən qaynaqlandığı məlum deyil.

Qeyd edək ki, “BakıKart”da daha əvvəl də analoji hallar yaşanıb.


Bizim.Media

Seçilən
0
17
bizim.media

10Mənbələr