Bakı. Trend:
Şimali Koreya ölkə lideri Kim Çen Inın rəhbərliyi altında bütünbölmələrin təcili olaraq nüvə əks-hücumuna hazır vəziyyətə keçməsiüçün təlimlər keçirib.
Trend-inməlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbərverib.
Məlumata əsasən, təlimlərdə 600 mm-lik uzunmənzilli çoxsaylıburaxılış raket sistemi və "Hvason-11" taktiki ballistik raketindənistifadə edilib.
Bildirilib ki, təlimin məqsədinə nail olunub.