AZ

Tramp varlı amerikalıların vergilərini 40 %-ə qədər qaldıra bilər

ABŞ Prezidenti Donald Tramp illik gəliri 2,5 milyon dollar və ya daha çox olan amerikalılar üçün gəlir vergisini artırmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp artıq Nümayəndələr Palatasının spikeri Mayk Consonla məsələni müzakirə edib. Söhbət 2,5 milyon dollar fərdi gəliri olan şəxslərə və ya ümumi gəliri 5 milyon dollar olan cütlüklərə şamil ediləcək 39,6 faizlik verginin tətbiqindən gedir.

Bundan əlavə, Amerika lideri özəl kapital fondlarının və vençur kapitalı şirkətlərinin rəhbərləri üçün vergi güzəştlərini ləğv etmək istəyir.

Hazırda ABŞ-də ən yüksək gəlir vergisi dərəcəsi 37 % təşkil edir.

Eyni zamanda, aprelin sonunda Tramp amerikalı milyonçular üçün vergilərin artırılması ideyasını dağıdıcı adlandırıb. Ağ Evdə jurnalistlərə danışan dövlət başçısı digər məsələlərlə yanaşı, belə bir tədbirin bir çox varlı insanları ABŞ-yi tərk etməyə sövq edə biləcəyini söyləyib.

Seçilən
0
4
report.az

5Mənbələr