
ABŞ Prezidenti Donald Tramp illik gəliri 2,5 milyon dollar və ya daha çox olan amerikalılar üçün gəlir vergisini artırmaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə axşamı “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp artıq Nümayəndələr Palatasının spikeri Mayk Consonla bu məsələni müzakirə edib. Söhbət 2,5 milyon ABŞ dolları fərdi gəliri olan şəxslərə və ya ümumi gəliri 5 milyon dollar olan evli cütlüklərə şamil ediləcək 39,6 faizlik verginin tətbiqindən gedir.
Bundan əlavə, Amerika lideri özəl kapital fondlarının və vençur kapitalı şirkətlərinin rəhbərləri üçün vergi güzəştlərini ləğv etmək istəyir.