BAKI, 8 may. TELEQRAF
Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi "VAZ 21099" markalı avtomobili aşırıb.
Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb