AZ

Roma Katolik Kilsəsinin rəhbəri Robert Fransis Prevost olub

Vatikan, 8 may, AZƏRTAC

Yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib.

AZƏRTAC xəbər verir ki, katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılıb. Onun adı Leo XIV olacaq.

Uzun illər Peruda işləyən 69 yaşlı Prevost yoxsullara münasibəti və immiqrasiya siyasətləri baxımından Papa Fransisklə oxşar fikirlərə sahibdir.

Robert Fransis Prevost ABŞ-dan seçilən ilk Papadır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
0
4
azertag.az

10Mənbələr