ABŞ Prezidenti Donald Tramp Robert Prevonu yeni Roma Papası seçilməsi münasibətilə təbrik edib.
Referans xəbər veir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“Yeni Papa seçilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ABŞ-dan seçilən ilk Papa olması böyük şərəfdir. Bu, ölkəmiz üçün də böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Çox mənalı bir an olacaq”, - Donald Tramp bildirib.
Qeyd edək ki, kardinal Robert Frensis Prevo ABŞ-dən olan ilk Papadır. O, özünə XIV Leo adını götürüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta