Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri qaldırılır.
Valyuta.az xəbər verir ki, bu dəyişiklik, 1 iyun tarixindən etibarən qüvvəyə minəcək.
Belə ki, yeni qaydalara görə, Qoruğa giriş yerli ziyarətçilər üçün 7 manat müəyyən olunub. Əvvəl isə bu qiymət 4 manat idi, giriş qiyməti yerli ziyarətçilər üçün 3 manat artırılıb.
Eyni zamanda əcnəbi ziyarətçilər üçün də Qoruğa girişin qiyməti 10 manat qaldırılaraq 20 manat müəyyən edilib.
Tələbələr üçün giriş 3 manat, uşaqlar üçün 2 manat olacaq.
Hazırda giriş qiymətləri tələbələr üçün 1 manat, məktəblilər üçün isə 0.40 qəpik təşkil edir.
Sərvanə Rəmixanova