EN

Qobustana giriş bahalaşır – Kimlər nə qədər ödəniş edəcək?

Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri qaldırılır.

Valyuta.az xəbər verir ki, bu dəyişiklik, 1 iyun tarixindən etibarən qüvvəyə minəcək.

Belə ki, yeni qaydalara görə, Qoruğa giriş yerli ziyarətçilər üçün 7 manat müəyyən olunub. Əvvəl isə bu qiymət 4 manat idi,  giriş qiyməti yerli ziyarətçilər üçün 3 manat artırılıb. 

Eyni zamanda əcnəbi ziyarətçilər üçün də Qoruğa girişin qiyməti 10 manat qaldırılaraq 20 manat müəyyən edilib. 

Tələbələr üçün giriş 3 manat, uşaqlar üçün 2 manat olacaq. 

Hazırda giriş qiymətləri tələbələr üçün 1 manat, məktəblilər üçün isə 0.40 qəpik təşkil edir.

Sərvanə Rəmixanova

Chosen
0
valyuta.az

1Sources