BAKI, 8 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat təşkil edib.
Dövlət Vergi Xidməti tərəfndən Teleqraf-a verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.
Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 105.885 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.