Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün dördüncü matç baş tutacaq.
Fanat.Az xəbər verir ki, “Neftçi” və “Sabah” növbəti dəfə üz-üzə gələcəklər.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 1900-da başlayacaq.
Əvvəlki üç dueldən ikisində "Sabah" "Neftçi"ni 94:89 və 86:77 hesabı ilə məğlub edib. Daha bir görüşdə isə "ağ-qaralar" üstün olublar - 79:76.
Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti qarşılaşma 11 mayda keçiriləcək.