AZ

Hindistanda helikopter qəzaya uğrayıb - 5 nəfər ölüb

Hindistanın Uttarxand əyalətində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Uttarxandın Baş naziri Puşkar Sinq Dhami qeyd edib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopterin Qanqotriyə getdiyi zaman baş verib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr