Hindistanın Uttarxand əyalətində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Uttarxandın Baş naziri Puşkar Sinq Dhami qeyd edib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopterin Qanqotriyə getdiyi zaman baş verib.
Zərintac MayisqızıMissiya.Az