AZ

Kəlbəcərdə "NİVA" aşaraq çaya düşdü, sürücü xəsarət aldı

Kəlbəcərdə "NİVA" markalı avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Sürücü, Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında avtomobil ilə birlikdə çaya düşüb.

Müxtəlif bədən xəsarətləri alan şəxs Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

Onun vəziyyəti orta-ağırdır./Teleqraf/

Seçilən
0
10
turkustan.az

10Mənbələr