AZ

“Oyunçularım paltardəyişmə otağında ağladı” – Arteta

London “Arsenal”ının baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə məğlubiyyətdən sonra futbolçularının reaksiyasından danışıb.

Heftelik.az  bu barədə “RMC Sport”a istinadən xəbər verir.

“Oyunçularımın məyus olduğunu gördüm, paltardəyişmə otağında ağladılar. Ən yaxşı klubun uduzduğunu düşünürəmmi? Bəli, belə hesab edirəm. PSJ-nin məşqçilər korpusu bunu mənə şəxsən dedi”, – deyə Arteta qeyd edib.

Xatırladaq ki, “Arsenal” cavab qarşılaşmasında PSJ-yə 2:1 (ümumi 3:1) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Seçilən
0
1
heftelik.az

2Mənbələr