Putin: Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov regionun inkişafının nəticələri ilə fəxr edə bilər...
Poliqon xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kadırov Rusiyanın prezidentinə respublikanın iqtisadi həyatına dair hesabat təqdim edib. Putin onu dinlədikdən sonra qeyd edib ki, Çeçenistan rəhbəri son illərdə görülən işlərin nəticələrindən məmnun və fəxr edə bilər. Bu, tamamilə göz qabağındadır, prezident vurğulayıb.
Mayın 7-də Kadırov Rusiya prezidenti Vladimir Putinlə rəsmi görüşdən kənarda danışdığını və bir sıra məsələlərdə ondan dəstək aldığını bildirib.
Poliqon.info