AZ

İtaliya KİV: “Napoli” və “Liverpul” De Bröyneni heyətlərinə qatmaq istəyirlər

İtaliyanın “Napoli” və İngiltərənin “Liverpul” klubları mövsümsonu “Mançester Siti” ilə müqaviləsinin müddəti bitən Kevin De Bröyneni heyətlərinə qatmaq istəyirlər.

“Report” xəbər verir ki, bu barədə “Sky Sport” bildirib.

“[Prezident] De Laurentisin klubu Kevin De Bröyneni İtaliyaya gətirmək məqsədilə danışıqlara başlayıb. Belçikalı yarımmüdafiəçinin “Siti” ilə müqaviləsi başa çatır və İngiltərə klubu artıq rəsmi olaraq onunla müqaviləni uzatmayacağını elan edib”, – İtaliyanın telekanalı açıqlayıb.

Bununla belə, telekanala görə, yarımmüdafiəçini transfer etmək istəyənlər arasında “Liverpul” da var ki, bu da neapolluların futbolçu uğrunda “sərt mübarizə” aparmalı olacağını göstərir.

Xatırladaq ki, daha əvvəl belçikalının İngiltərə klublarından birinə keçə biləcəyinə dair məlumat yayılmışdı. Onlardan biri kimi Birminhemin “Aston Villa”sına işarə edilmişdi.

Seçilən
0
17
report.az

10Mənbələr