ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.
Sfera.az bildirir ki, gənc qadın videonu “TikTok” platformasında yerləşdirib. Orada qızın pişiklə “danışması” göstərilir”.
"Mənim balam bizim dillərimizdən əvvəl pişik dilində danışır. Görəsən, nə danışırlar?" - deyə qadın videoya başlıq yazıb.
@girlmom_travelsandfun #babytok #cattok #fyp #viral ♬ original sound - girlmom_travelsandfun
O, həmişə uşaqları ilə şirin və gülməli anlar çəkməyi sevdiyini bildirib. Videolar paylaşmağa başlayandan bəri belə ürəkaçan görüntüləri qiymətləndirənin tək o olmadığını başa düşüb.
Qızının Miçi adlı pişiklə ünsiyyətdə olduğu görüntülər 174 000-dən çox baxış və 1200-dən çox şərh ilə viral olub. Videoda qız sözlərdən istifadə etmir, əksinə bir sıra “miyovlar” vasitəsilə ünsiyyət qurur.
"Qızım və pişiyimiz çox şirin görünürlər - deyəsən, həqiqətən ünsiyyət qururlar" - deyə İna bildirib.
O qeyd edir ki, 10 aylıq olanda qızın pişiyə cavab olaraq əvvəlcə sakit, sonra daha yüksək səslə miyavlamağa başladığını fərq edib. Pişik kifayət qədər "danışan" pişikdir və uşağın miyovlanmasına cavab verir.
İna anlayır ki, bir gün qızı bu vərdişi “böyüdəcək”. Buna görə də, o uşaq və sevimli ev heyvanı arasındakı xüsusi bağın xatirəsini qorumaq üçün bu anları tutmağa və paylaşmağa çalışır.
Aynil