Ukrayna cəza çəkən məhbusların 20-30 faizini orduda xidmət etməyə cəlb edə bilər.
Ölkə.az xəbər verir ki, bunu Ukrayna ədliyyə nazirinin müavini Yevgeni Pikalov “ukrinform”a müsahibəsində deyib.
"Bu gün 8300-dən çox məhkum Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub, daha 1000 müraciətə baxılır. Biz həmçinin 100 məhbus qadını səfərbər etmişik. Bu təşəbbüsün potensialından danışsaq, proqnozlarımıza görə, məhkumların ümumi sayının təxminən 20-30%-i Ukraynada bu imkandan istifadə edə və dövlətin müdafiəsinə qalxa bilər", - nazir müavini bildirib.
Pikalovun fikrincə, məhkumlar Rusiya təcavüzünün davam etdiyi şəraitdə silahlı qüvvələr üçün mühüm kadr ehtiyatına çevrilə bilər.
“Biz bu prosesə təkcə müdafiəçilərin sıralarını artırmaq yolu kimi deyil, həm də yüksək vətəndaş məsuliyyəti vasitəsilə sosiallaşma mexanizmi kimi baxırıq”, - o əlavə edib.
Hazırda Pikalovun qeyd etdiyi kimi, Ukraynada 37 min insan məhkumluq həyatını yaşayır.
“Lakin onların heç də hamısı müəyyən edilmiş meyarlara uyğun səfərbərliyə yararlı deyil”, - o qeyd edib.
Mürtəza
Ölkə.az