AZ

Baş Qərargah: Ukraynada hərbiyə yararsız şəxslər orduya cəlb ediləcək

Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri ağır yaralanma və ya xəstəliklərdən sonra hərbi xidmətə yararsız olan hərbçilərin müharibə dövründə xidmətlərinin davam etməsinə icazə verən qərarı dəstəkləyib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi Oksana Korçinska Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Müdafiə Nazirliyi və Baş Qərargah hərbiyə yararsızların da orduda xidmət edə bilməsinə imkan verən qərarı təsdiqləyib:

"Bu kateqoriyadan olanlar da hərbi xidmətə cəlb olunacaqlar. Sülh dövründə də onların işləyə biləcəyi çox geniş siyahılar var. Məsələn, müşayiət, təchizat, təlimatçı xidmətləri və sair. Amma hazırda müharibə gedir. Bu səbəblə indiki qərar hərbi-tibbi komissiya tərəfindən hərbi xidmətə yararsız hesab edilənlərin xidmətlərini davam etdirməsinə imkan verir".

Baş Qərargahın İdarə rəisi Oleksandr Kutyak isə bildirib ki, onların çoxu birbaşa döyüşə cəlb olunmurlar: "Əsasən psixoloq, hüquqşünas və sair kimi hərbi hissələrdə xidmət edə biləcəklər".

Oksana Korçinska deyib ki, hazırda 500-dən çox protezdə olan, yəni əlil hərbçilərimiz xidmətlərini davam etdirirlər. Onlar əsasən təlimatçı kimi xidmətlərini davam etdirirlər.

Seçilən
0
report.az

1Mənbələr