AZ

Bakıda yaşayış evində yanğın baş verib

Bakı, 7 may, AZƏRTAC

Bakının Nəsimi rayonunda yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə Sübhi Salayev küçəsindəki yaşayış evində qeydə alınıb. Əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Bildirilib ki, yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.

 

 

 

Seçilən
0
3
azertag.az

10Mənbələr