AZ

Ərdoğan Pakistanın baş naziri ilə telefonda danışıb: "Yanınızdayıq"

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonda danışıb. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, tərəflər Hindistan və Pakistan arasında yaşanan gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və gündəlikdəki digər aktal prosesləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu, qardaş Pakistan xalqının yanında olduqlarını bir daha təkrarlayıb: "Hücumda şəhid olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Türkiyə bu prosesdə Pakistanın təmkinli və mötədil siyasətini dəstəkləyir. Eyni zamanda, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma təklifinin məqsədəuyğun sayırıq. Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır".

Firudin Səfərli
MİA.AZ

Seçilən
0
mia.az

1Mənbələr