Bakı. Trend:
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəriçərçivəsində bu ölkənin baş naziri Məhəmməd Şiə əl-Sudani iləgörüşüb.
Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumatverilib.
Görüş zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif aspektləri,Yaxın Şərqdə cari vəziyyət, habelə qarşılıqlı maraq doğuran digərregional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirəolunub.
Azərbaycan və İraq arasında diplomatik münasibətlərin əsasınınmüstəqilliyimizin bərpasından sonra qoyulmasına baxmayaraq,xalqlarımız arasında əlaqələrin tarixinin daha qədim olduğuməmnunluqla qeyd edilib. Bu dinamikanın qorunub saxlanılmasıməqsədilə bütün, o cümlədən dövlət, parlament, hökumət, xariciişlər nazirlikləri səviyyələrində qarşılıqlı səfər və təmaslarınartırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji,humanitar aspektləri müzakirə olunub, ikitərəfli əməkdaşlığıngenişləndirilməsi üçün yaxşı imkanların olduğu və hər iki tərəfinbu istiqamətdə maraqlı olduğu diqqətə çatdırılıb.
Tərəflər, həmçinin Yaxın Şərq, xüsusilə Qəzza bölgəsi ətrafındamövcud vəziyyətdən bəhs edərək, münaqişənin sülh yolu ilə həllinədair ümidvarlıq ifadə ediblər. Azərbaycanın İsrail-Fələstinmünaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə “ikidövlət” prinsipi əsasında həllinə göstərdiyi dəstək bir daha qeydedilib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)sədrliyindən bəhs olunub, ölkəmizdə keçirilən sessiya çərçivəsindəəldə olunmuş nailiyyətlərin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişədövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azadolunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuqişləri, minalardan təmizləmə fəaliyyəti, eləcə dəAzərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.Ölkəmizin təşəbbüsü ilə başladılan sülh müqaviləsinin mətni üzrəikitərəfli danışıqların yekunlaşdırıldığı, lakin bölgədə dayanıqlısülhün təminatı olacaq bu müqavilənin imzalanması üçün ErmənistanKonstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşıdavam etdirilən ərazi iddialarına son qoyulmasının əhəmiyyəti qeydolunub.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.