AZ

Paşinyan Ter-Petrosyan, Koçaryan və Sarkisyanı debata çağırıb: siz üçünüz, mən tək

Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın sabiq prezidentlərini növbəti dəfə debata çağırıb.

APA xəbər verir ki, Robert Koçaryan və Serj Sarkisyan “siyasi əkizlər”ə bənzədən Paşinyan adlarıçəkilən şəxslərə dəfələrlə çağırış etdiyini xatırladıb.

“Sadəlövh auditoriyaları toplamağı və üzünüzdə ciddi bir ifadə ilə onlara nəsə deməyi dayandırın. Deyəcək sözünüz var? Yenə deyirəm, gəlin nə istəyirsinizsə, canlı yayımda danışaq! Qarabağla bağlı danışıqlardan danışa bilərik, müharibənin vaxtının uzadılması barədə, nədən istəsəniz danışa bilərikə. Nə qədər gizli şəkildə orda-burda müxtəlif qaranlıq künclərdə toplaşa və bəzi açıqlamalar verə bilərlər? Robert Koçaryan, Serj Sarkisyan, Levon Ter-Petrosyan, nəsə demək istəyirsiniz? Yenə təkrar edirəm, gəlin canlı efirdə debat keçirək. Niyə imtina edirsiniz?

Əgər Koçaryan, Sarkisyan və ya Ter-Petrosyanın deyəcəkləri nəsə varsa, yenə deyirəm, onları canlı efirdə debata dəvət edirəm – siz üçünüz, mən tək”, - Ermənistan lideri vurğulayıb.

Seçilən
0
1
apa.az

2Mənbələr