AZ

"Anam yaşasaydı, o söz təsir etməzdi"

Müğənni Təranə Qumral uşaqlıq illərini xatırlayıb.

Milli.Az xəbər verir ki, imkansızlıqdan əziyyət şəkdiyini deyən sənətçi göz yaşları tökərək məktəb illərində yaşadığı hadisəni dilə gətirib.

"İlk dəfədir deyirəm. Uşaq vaxtı ayaqqabım yox idi. Böyük bacımdan qalan dəst vardı. Dərsə onları geyinib getdim. Ayağıma 2-3 ölçü böyük idi. İstəmirdim ki, görsünlər. Ona görə tənəffüsdə girdim ki, araya qarışıb tez yerimdə oturum. Müəllim lövhəyə çağırdı. Mənə dedi ki, bu nə böyüklükdədir, ananın ayaqqabısını geyinmisən.

Bunlar insanın qəlbindən silinməyən yaralardır. Bəlkə də, anam yaşasaydı, ayaqqabılarım böyük olsa da təsir etməzdi. Ağladım ki, böyük ölçülü ayaqqabılar geyinmişəm".
 

Musa
Milli.Az

Seçilən
0
2
milli.az

3Mənbələr