AZ

Ukrayna vətəndaşlarını uzunmüddətli mübarizəyə hazırlayacaq

Cəmiyyətin münaqişəyə hazır olması Ukraynanın bir dövlət kimi yaşaması üçün əsas şərt olacaq. Hazırda müvafiq qanunvericilik strategiyası hazırlanır.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini İrina Vereşuk deyib.

“Ukraynanın bütün mülki əhalisi müqavimətə hazır olacaq. May ayında qanun layihələri olacaq", - ukraynalı siyasətçi Telegram kanalında bildirib.

Vereşçuk onu da açıqlayıb ki, dövlət sektorunun nümayəndələri qanun və qaydaların hazırlanmasında Kiyevə kömək edirlər: “Bir sıra mühüm qanun layihələri artıq may ayında Ali Radaya təqdim edilməlidir”.

Onun sözlərinə görə, bunlar təkcə qanunvericilikdə dəyişikliklər olmayacaq: “Ukrayna hakimiyyəti mülki əhalinin müqavimətə öyrədilməsi üçün yeni sistem yaradacaq ki, bu da kişilərin orduda xidmət üçün ilkin hərbi hazırlığını tamamlayacaq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr