Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yaşı 21-ə qədər olan futbolçuları ən çox oynadan klubları açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında bu göstəricidə birinci sırada “Şamaxı” yer alıb. Ayxan Abbasov 22,5 faizlə yaşı 21-dən aşağı olan futbolçulara ən çox şans verən mütəxəssisdir.
İkinci pillədə 13,1 faizlə “Neftçi”, üçüncüdə isə 9,3 faizlə “Sabah” yer alıb. Çempion “Qarabağ” 5,7 faizlə 6-cı sırada qərarlaşıb.
65 liqa arasında gedən araşdırmada birinci sırada Belçikanın “Lommel” klubu yer alıb – 69,6 faiz.
AFFA Premyer Liqa klublarını cərimələdi
"Neftçi"nin yarımmüdafiəçisi 2 oyunluq cəzalandırılıb
İqor Mitreski: "Neftçi"siz avrokuboklar maraqsızdır"
İkinci Liqada 24-cü tura yekun vurulacaq
“Mançester Yunayted” Antoninin transferindən 50 milyon qazanmaq istəyir