AZ

Şamaxı” bu göstəricidə hamını QABAQLADI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yaşı 21-ə qədər olan futbolçuları ən çox oynadan klubları açıqlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Premyer Liqasında bu göstəricidə birinci sırada “Şamaxı” yer alıb.

Ayxan Abbasov 22,5 faizlə yaşı 21-dən aşağı olan futbolçulara ən çox şans verən mütəxəssisdir.
 

İkinci pillədə 13,1 faizlə “Neftçi”, üçüncüdə isə 9,3 faizlə “Sabah” yer alıb. Çempion “Qarabağ” 5,7 faizlə 6-cı sırada qərarlaşıb.


65 liqa arasında gedən araşdırmada birinci sırada Belçikanın “Lommel” klubu yer alıb – 69,6 faiz.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr