AZ

Bank "BTB"ninistiqrazlarının abunə yazılışı üsuli ilə yerləşdirilməsi baş tutub

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların abunə yazılışı 29.04.2025-ci ildə başlayaraq, mayın 7-də yekunlaşmışdır.

Bank "BTB" ASC-in istiqrazlarının abunə yazılışı üsuli ilə yerləşdirilməsi 07.05.2025-ci il tarixində baş tutmuşdur.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: Bank "BTB" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005009447

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı

İstiqrazların sayı:  3,000 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

İstiqrazların buraxılış həcmi: 3 000 000 manat

İllik gəlirlilik faizi:  14%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti:  7 il

Hərrac qiyməti*: 1 000 manat

Reallaşdırılmış həcm: 3 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 3 000 000 manat

İnvestor sayı: 1

Sifariş sayı:  1

Anderrayter:  “Assist Finance İ.Ş.” ASC

Seçilən
0
4
marja.az

10Mənbələr