AZ

BOKT "International” ASC-nin istiqrazlarınının ticarət nəticələritələblərə cavab vermədiyindən listinqə alınmadı

10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi. 

Birjanın yaydığı məlumatda bildirilri ki, qeyd olunan AZ2025021026 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.04.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı

BOKT "International” ASC: Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2025021026:  İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı:  250 ədəd

İlkin ticarət qiyməti: 1,000 manat

Buraxılış həcmi:  250,000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti:  2 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  250 000 manat

Reallaşdırılmış həcm:  250 000 manat

Minimal qiymət:  1000 (15%) manat

Maksimal qiymət: 1000 (15%) manat

Ehtimal olunan kəsmə qiymət*: 1,000.0000 (15%) manat

Ortaçəkili qiymət:  1000 (15%) manat

İnvestor sayı:  7

Sifariş sayı:  7

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Yeri düşmüşkən qeyd edək ki, 10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan AZ2030021029 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.04.2025-ci il tarixində yekunlaşmışdı. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdı.

 

Seçilən
35
3
marja.az

10Mənbələr