AZ

Hindistan qırıcıları barədə miflər məhv edildi – Qeysər

Hindistan qırıcıları barədə miflər məhv oldu. Pakistan Hərbi Hava Qüvvələri Hindistan ordusuna məxsus Fransa istehsalı olan “Rafale” və Rusiya istehsalı olan “Su-30” təyyarələrini vuraraq yüksək döyüş hazırlığı nümayiş etdirib.

Axar.az xəbər verir ki, bunu “Qafqaz Bürosu”na pakistanlı ekspert Qeysər Nəvab Pakistan və Hindistan arasındakı gərginliyi şərh edərkən deyib.

“Əməliyyat Hindistan qırıcılarının texniki üstünlüyü haqqında miflərə meydan oxudu, güc və milli qürur simvolu olan Pakistanın “JF-17 Thunder” təyyarəsinin effektivliyini göstərdi. Pakistanın bütün təyyarələri bazalarına qayıdıb və ölkənin əsas strateji obyektləri etibarlı mühafizə altındadır. Pakistan xüsusən də mülki şəxsləri hədəf alan hücumlar baş verdikdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna əl atır. Hindistanın cavabı ciddi yanlış hesablama idi. Pakistan nəinki özünü müdafiə etmək qabiliyyətini sübut etdi, həm də sülh və regional sabitliyə sadiqliyini bir daha təsdiqlədi. Bunun fonunda Azərbaycan Pakistana qardaş dəstəyini bir daha göstərdi. Münasibətlərimiz ümumi dəyərlərə, tarixi həmrəyliyə və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyə əsaslanır. Belə möhkəm dostluq müsəlman dünyasında strateji tərəfdaşlıq nümunəsidir, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir”, - Qeysər bildirib.

Seçilən
0
axar.az

1Mənbələr